12:35 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Qış aylarında ən sevilən mürəbbələrdən biri əncir mürəbbəsidir. Siyəzənli evdar xanımlar onun ağacdan dərimindən tutmuş ocaqda bişməsinə qədər hazırlanma prosesini bizimlə bölüşüblər. Daha ətraflı videomuzda.

Siyəzən rayon Böyük Həmyə kənd sakini Sevinc Bədəlova Sputnik Azərbaycan-a əncir mürəbbəsinin hazırlanma qaydasını nümayiş etdirib. Onun sözlərinə görə, əncir əsasən səhər tezdən tər halında dərilməlidir, çünki əncir sutka ərzində xarab ola bilər. 

Mürəbbə üçün bir kiloqram təzə dərilmiş əncir yuyulub soyulduqdan sonra, üzərinə bir kiloqram şəkər tozu və bir stəkan su əlavə edib, suyu çıxandan sonra ocaqda bişirilir.

Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə>>

Əncir mürəbbəsi iki üsulla – qabıqlı və qabıqsız bişirilə bilər. Bu, yalnız insanların öz zövqü və ağız dadından asılıdır.

Digər videolar

Əsas mövzular