13:37 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Musa Muradlı / Leyla Orucova

Ötən ildə Füzuli rayonu Horadiz kəndi ərazisinə Neolit dövrünə aid “Lələtəpə” adlanan yaşayış yeri aşkarlanıb. Bu ilin avqustunda isə orada arxeoloji qazıntılar başlanıb. Qazıntı yerindən kadrları və orada nələrin tapıldığını videomuzda izləyin.

2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkarlanan “Lələtəpə” Neolit dövrü yaşayış yerində avqust ayından başlayan arxeoloji qazıntılar davam edir. Burada yaşı 8 min olan alətlərin tapılması ərazinin Cənubi Qafqazda ən qədim Neolit dövrü abidələrindən birinin olması qənaətini yaradıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə qeyd edib ki, burada Neolit dövrünə aid obsidian, çaxmaqdaşı, çay daşlarından hazırlanmış məişət əşyaları tapılıb.

“Obsidian və çaxmaq daşının nukleusları tapılıb. Bunlar da dediyimiz fikri gücləndirir ki, bura uzunmüddətli, qalıcı məskunlaşma yeri olmuşdur. Burada emalatxanalar da olub”, - deyə o Sputnik Azərbaycan-la bölüşüb.

Ən maraqlısı isə yaşayış məskəninin yanında aşkarlanan məzarlıqdır. Arxeoloqların bildirdiyinə görə, Cənubi Qafqazda Neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfə rast gəlinir. Aşkarlanan skeletlər Türkiyənin Hacəttəpə Universitetinə DNT analizi üçün göndəriləcək.

Arxeoloqların fikrincə, ərazinin öyrənilməsi tam başa çatmayıb. Bundan sonra da burada arxeoloji işlərin aparılmasına ehtiyac var.

Digər videolar

Əsas mövzular