CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlara pandemiya əngəl deyil: hər il Azərbaycana qonaq gəlirlər - VİDEO

Abunə olmaq
Hər il cənub səyahətlərini bitirən qaranquşlar Bərdəyə öz evləri kimi qayıdırlar. Çünki burada onları gözləyən var.

Bərdə sakini Sahibə Muxtarova hər il qeyri-adi qonaq qarşılayır desək, yanılmarıq. Hər il onun evinə cənub səyahətindən geri dönən qaranquşlar qonaq gəlir. Bu evdə ilk yuvasını 25 il bundan öncə quran qaranquşlar artıq hər il geri dönürlər.

“Dog House” – adaş rəfiqələr öz gücləri ilə it sığınacağı yaradıblar - Sputnik Azərbaycan
VİDEO
"Dog House" – adaş rəfiqələr öz gücləri ilə it sığınacağı yaradıblar

Ev sahibi isə quşlar bir az gec dönəndə özünü narahat hiss etdiyini deyir. Onların yolunu səbirsizliklə gözləyir, onların yuvasına heç kimin əl vurmasına icazə vermir.

“Hər il mart ayına yaxın geri dönüb, burada dörd bala çıxarırlar. Balaları uçundan sonra yenidən yuvanı tərk edirlər”, - deyə Sahibə xanım bizə danışıb.

Sahibə xanım quşların olduqca təmizkar olduğunu da qeyd edib. Qaranquşlar da ev sahibini çoxdan tanıyırlar və onun yanında özlərini sakit hiss edirlər. Amma evə yeni insan gələndə, səs-küy olanda uçuşmağa başlayırlar.

Xəbər lenti
0