CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə Balaxanının yeni həyatı: Bakı kəndi tamamilə dəyişib – VİDEO

Abunə olmaq
Sputnik Azərbaycan-ın çəkiliş qrupu Abşeronun ən qədim kəndlərindən olan Balaxanıya baş çəkib və onun görünüşünün necə dəyişdiyini öz gözləri ilə görmək qərarına gəlib. Kəndin yeni görünüşünü videomuzda izləyin.

Balaxanının hər küncü, hər bucağı sanki tarix kitabının səhifəsidir. Bu gün isə o, yeni dirçəliş dövrünü yaşayır.

Balaxanı kəndinin əsas küçələrində bərpa və abadlıq işləri artıq başa çatıb. Gələcək planlarda bu qəsəbəni populyar turistik məkana çevirmək, yüzə yaxın kiçik müəssisə açmaq, bununla da sənətkarlığın, xalçaçılığın, dulusçuluğun, milli kostyum, suvenir, keramika, musiqi alətləri, milli şirniyyatların hazırlanmasının inkişafına təkan vermək var.

Zamana səyahət: Bakı Xan Sarayı qonaq gözləyir>>

Bütün rekonstruksiya işləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Bakı Abadlıq Xidməti MMC tərəfindən aparılır.

Xəbər lenti
0