16:55 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İlham Mustafa / Kamilla Əliyeva / Leyla Orucova

Koronavirus pandemiyası həyatımızın bütün aspektlərinə öz düzəlişlərini edib. Qurban bayramı öncəsi Tovuzun ən böyük mal bazarlarından birində vəziyyətin nə yerdə olduğunu videomuzda izləyin.

Azərbaycanda 31 iyul və 1 avqust tarixlərində Qurban bayramı qeyd ediləcək. Bayramdan öncə isə Sputnik Azərbaycan-ın bölgə müxbiri Tovuzun mal bazarına yola düşüb və orada ətin qiyməti ilə, alıcılıq qabiliyyəti ilə maraqlanıb.

Tovuzun mal bazarına ətrafda yerləşən bütün bölgələrin fermerləri saxladıqları qoyun, quzu, inəklərini gətirirlər. Fermerlər səbirsizliklə yayı gözləyirlər ki, nəhayət illik əməklərinin nəticəsini görüb, qazanc əldə edə bilsinlər. Amma bu il koronavirus pandemiyası vəziyyəti olduqca ağırlaşdırıb. Bütün kütləvi tədbirlərin, xüsusilə də toy və nişan mərasimlərinin ləğv edildiyini nəzərə alsaq, vəziyyət daha da qəlizləşib.

Ət boldur, alıcı isə yox dərəcəsində. Mal almağa gələnlər isə ya qiyməti var gücü ilə aşağı salmağa çalışır,  ya da boş əllə evə dönürlər. Satıcılar isə çətin vəziyyətdə qaldıqlarını etiraf edirlər, çünki onlar da mallarını saxlamaq üçün ot və yem almaqda çətinlik çəkirlər.

Digər videolar

Əsas mövzular