CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır

Abunə olmaq
Renara Şəmsiyevanın yaratdığı hər bir geyim bir nüsxədə olur, çünki o öz işlərini parça qalıqlarından yaradır. Onun ən çox sevdiyi parça növü isə cinsdir. Modelyerin digərlərinin lazımsız və atılmış adlandırdığı parça hissələri ilə necə işlədiyini videomuzda izləyin.

Remara Şəmsiyeva modelyer kimi öz işlərini Azərbaycan üçün qeyri-adi sayılan dayanıqlı dəb istiqamətində yaradır. Onun məqsədi digərlərindən fərqlənən geyimlər yaratmaq, amma eyni zamanda öz peşəsi ilə ətraf mühitə mümkün qədər az zərər verməkdir.

Hər bir yeni parça qalığı onun üçün həll etməli məsələ, cavabını axtaran suala çevrilir. Bu işə yeni başlayanda o, tanıdıqlarından köhnə cins paltarlarını yığar və ən xırda qalıqlarından belə yeni geyimlər hazırlamağa çalışırdı. İndi isə o, daha çox fabriklərdə istifadəsiz qalmış parçalarla işləməyə üstünlük verir.

“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır  - Sputnik Azərbaycan
VİDEO
“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır

Onun ən çox bəyəndiyi parça cinsdir. Modelyerin fikrincə cinsi belə bir xüsusiyyəti var ki, o nə qədər çox geyilsə, bir o qədər ağarır və elə görkəm alır ki, heç bir maşınla həmin effekti almaq mümkün olmur. Hər geyilmiş cins əşya bizə sanki bir həyat əhvalatı danışır.

“Cins öz yiyəsinin həyatını onunla birgə yaşayır və onunla birgə dəyişir. Bu, çox maraqlıdır. Və xüsusilə də həmin ağarmış, üzülmüş hissələri istifadə etməyi çox sevirdim. Çünki bu effekti başqa heç bir şeylə əldə etmək olmur”, - deyə modelyer bizimlə bölüşüb.

Onun ilk işi 8-9 il bundan öncə yığılmış pencəkdir və Renara onu indiyə qədər saxlayıb, hətta bu günə qədər çox önəmli tədbirlərdə onu geyməyə üstünlük verir.

İlk vaxtlar onun yaratdığı geyimlərə münasibət heç də birmənalı deyildi.

“Atılmış, ikinci əl kimi sözlər ilk növbədə nədənsə neqativ hisslər oyadır, amma əslində “atılmış” deyilən bir şey yoxdur, sadəcə bu parça qırığı kiməsə lazım deyil, amma mənə lazımdır. Vəssalam! Bununla həmin əşya dəyərdən düşmür. Əksinə. Mənim kolleksiyalarımda elə işlər var ki, insanlar onun nədən hazırlandığını bəzən dərhal başa düşmür”, - deyə o bizə danışıb.
Yararsız ağac parçalarından xariqələr – Muzeyə bənzər oymaçı emalatxanası  - Sputnik Azərbaycan
VİDEO
Yararsız ağac parçalarından xarüqələr – Muzeyə bənzər oymaçı emalatxanası

Renara yaratdığı geyimlərə də olduqca demokratik qiymətlər təyin etməyə çalışır. Dayanıqlı dəbin inkişaf etdiyi ABŞ və Avropa ölkələrində bu cür geyimlərin qiyməti olduqca yüksək olur, azərbaycanlı dizayner isə bu qiymətləri orta bazar dəyərində təyin etməyə çalışır. Çünki dizaynerin öz sözlərinə görə, onun məqsədi bu dəb istiqamətini ilk növbədə ölkədə populyarlaşdırmaqdır.

Maraqlıdır, amma Renara öz işinin bir neçə ildən sonra hansı istiqamətdə inkişaf edəcəyi barədə düşünmür. O, sadəcə yaratdığı hər layihədən, aldığı hər sifarişdən zövq almağa çalışır və əmindir ki, heç olmasa nəyinsə atılmasının qarşısını ala bilir.

Xəbər lenti
0