14:16 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İlham Mustafa / Kamilla Əliyeva / Leyla Orucova

Bu gün cəbhə xəttinin Tovuz istiqamətində vəziyyət nisbətən sakitdir. Ötən gün Ağdam kəndində dinc sakin həlak olub. Hal-hazırda isə kənd əhalisi atışmanın nəticələri ilə üz-üzə qalıblar.

Sputnik Azərbaycanın bölgə müxbiri bir neçə gün ərzində atışmalara məruz qalmış Tovuz rayonunun Ağdam kəndinə baş çəkib.

Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər – video
© Sputnik / İlham Mustafa / Kamilla Əliyeva / Leyla Orucova

Kəndə bir neçə mərmi düşüb, partlayış dalğası bir neçə evin şüşələrini qırıq-qırıq edib. Evlərə ziyan dəyməsə də, 76 yaşlı kənd sakini Əziz Əzizov dünyasını dəyişib.

Buna baxmayaraq, kənd sakinləri qorxmur, iradə və mətanət nümayiş etdirirlər. Onlar öz vətənlərini qorumaq əzmində olduğunu bəyan edirlər.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Ağdam kəndindəki atmosferi videomuzda izləyin.

Digər videolar

Əsas mövzular