CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid olmuş general-mayor və polkovnik himn sədaları altında dəfn ediliblər

Abunə olmaq
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olan general-mayor və polkovnikimizlə vida mərasimi keçirilib.

Müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev döyüş zamanı qəhrəmancasına şəhid olublar.

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida - Sputnik Azərbaycan
VİDEO
Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

Hər ikisi İkinci Fəxri Xiyabanda dəfn ediliblər. Vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digərləri iştirak ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Hərbi Okestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıblar.

Xəbər lenti
0