07:44 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik. Kamilla Əliyeva / Leyla Orucova / Taleh Mahmudov

Sərt karantin tədbirləri bizdən özümüzü təcrid etməyi tələb edir. Səbəbi də bəllidir, məqsədimiz Azərbaycanda koronavirus infeksiyasının daha da yayılmasının qarşısını almaqdır. Bu fonda insanların psixoloji vəziyyətinin necə olduğunu isə psixiatrdan öyrəndik.

Psixoloqlar xəbərdarlıq edir ki, adət etdiyimiz sosial münasibətləri itirmək problemlərə səbəb ola bilər və təcrid sistemi nə qədər çox uzanarsa, təsirləri də o qədər ağırlaşa bilər. Burada, təbii ki, hər kəs nəzərdə tutulmur. Amma bu cür hallara meylli olan insanlarda pandemiya və sərt karantin rejimi problemləri daha da dərinləşdirə bilər.

Depressiya ilə karantində necə mübarizə aparmaq olar – VİDEO
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

“Pandemiya fonunda insanlarda obsessiya halları, panik ataklar çoxalmağa başlayıb. İnsanlar metroya, liftə, izdihamlı yerlərə getməkdən qorxmağa başlayıblar. Və təbii ki, depressiya halları çoxalıb. İnsanlar evdə oturub, fiziki fəallıq azdır, maliyyə problemləri isə getdikcə çoxalır. Ən əsası isə psixoloji pozuntu və patologiyaları olan uşaqlı ailələrdə vəziyyət ağırlaşıb. Çox vaxt autizmli uşaqlar bu vəziyyətdən əziyyət çəkir. Bu cür uşaqlara peşəkar pedaqoqlarla işləmək mütləqdir”, - deyə psixiatr Əziz Mustafayev Sputnik Azərbaycana danışıb.

Həkim sosial şəbəkələrdən uzaq durmağı, televizora daha az baxmağı, ümumiyyətlə mənfi xəbərlərdən mümkün qədər uzaq qalmağı məsləhət görüb.

“Həmişə qabağınıza bəlli tapşırıqlar qoyun. Gün ərzində nə ilə məşğul olacağınızı bəlirləyin. Həmişə yadınızda saxlamalısınız ki, siz əvvəl-axır normal həyat ritminə geri dönəcəksiniz. Heç nə əbədi deyil. Aydındır ki, hamımız yeni adaptasiya metodları axtarmaq məcburiyyətində qalmışıq”, - deyə psixiatr bölüşüb.

Mustafayev əmindir ki, indiki vəziyyətdə edə biləcəyimiz ən önəmli iş ilk növbədə özümüzü düşünmək və qorumaqdır. Əgər insan bu vəziyyətin öhdəsindən gəlmək üçün psixoloji dəstəyə ehtiyac duyursa, indidən onlayn reijmdə həkimlərə müraciət etmək mütləqdir. Çünki stress vəziyyəti bitdikdən sonra, xəstəliklər özlərini büruzə verməyə başlayacaq.

Digər videolar

Əsas mövzular