Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qamçı yaramadı, kökə işə düşüb: ABŞ Türkiyədən S-400-ləri almağı təklif edir

Abunə olmaq
ABŞ Senatında Türkiyədən Rusiyanın istehsalı olan ən son zenit-raket kompleksləri olan S-400-ləri almaq təklifi irəli sürülüb. Bu təklifin ümumiyyətlə nə qədər real olduğunu videomuzda izləyin.

2021-ci maliyyə ili üçün ABŞ-ın milli müdafiəsinə maliyyə ayırmaları haqqında qanun layihəsinə müvafiq dəyişikliyi respublikaçı senator Con Tyun təklif edib. Onun irəli sürdüyü təklifə görə amerikalılar rus komplekslərini Pentaqonun büdcəsi hesabına əldə edəcəklər. Vaxtında S-400-lərin alışı ABŞ və Türkiyə arasında münaqişəyə səbəb olub. Vaşinqton Ankaradan bu sövdələşmədən imtina etməyi və əvəzinə Amerikanın Patriot sistemlərini almasını tələb edirdi. Əks halda isə amerikalılar Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə və Ankaraya F-35 qırıcılarının satışını gecikdirmək və ya tamamilə ləğv etməklə hədələyirdi. Türk dövləti bu məsələdə güzəştə getmədi.

Xəbər lenti
0