18:36 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Şahpəri Abbasova / Kamilla Əliyeva / Leyla Orucova

Zaqatala rayonunun bəzi kəndlərində hələ də bəzən un üyütmək üçün qədim əl əməyi alətindən istifadə edilir. Yaşı əsrdən çox olan bu alətin necə göründüyünü videomuzda izləyin.

Bu qədim kənd təsərrüfatı alətini zaqatalılar ding adlandırır. Adətən kənd ustaları onu palıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlayırlar.

“Çox dadlı və sərfəli” – Düyü unundan halva
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Alətin uc hissəsinə xüsusi daş yerləşdirilir. Ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır.

Yengiyan kəndində bu aləti qoruyub-saxlamaqla yanaşı, ondan tez-tez istifadə edirlər. Evdar qadın Bahar Qurbanova deyib ki, bu alət ona qayınatasından qalıb.

“Kəndimizdə bəzi şirniyyatlar hələ də məhz dingdə üyüdülən undan hazırlanır. Novruz, Qurban, Ramazan bayramlarında hamı gəlir, düyünü, buğdanı, qarğıdalını üyüdür. Dingdə üyüdülmüş unun dadını başqa heç nə vermir”, - deyə Qurbanova bizimlə bölüşüb.

Yengiyanlı evdan xanımların sözlərinə görə, bu üsulla un üyütmək vaxt və güc tələb edir. Bu prosesi tək həyata keçirmək mümkün deyil - ən azı 3 nəfər üyütmədə iştirak etməlidir. Buna baxmayaraq, bu işlə daha çox qadınlar məşğul olur.  

Digər videolar

Əsas mövzular