Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onu hər zaman xatırlamaq borcumuzdur: Moskvada Qələbə paradı necə keçdi

Abunə olmaq
Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 75-illiyinə həsr edilmiş parad keçirilib. 15 mindən artıq hərbçi və 200-dən artıq hərbi texnika təntənəli yürüşdə iştirak edib.

Bu il parad 24 iyunda keçirilib və bu gün təsadüfi olaraq seçilməyib.

Azərbaycan hərbçiləri Qırmızı Meydanda – Qələbə paradından video  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan hərbçiləri Qırmızı Meydanda – Qələbə paradından video

Rəmzi olaraq məhz bu gündə 1945-ci ildə əfsanəvi, tarixi qaliblər paradı baş tutub. Bu il qonaqlar arasında postsovet ölkələrinin liderləri və xarici ölkələrin başçıları olub. Qırmızı Meydanda Rusiya hissələri ilə birgə keçmiş sovet respublikaları olan Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın hərbçiləri də iştirak ediblər. Paraddan öncə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bir daha bütün sovet xalqlarının nasizm üzərində qələbədə oynadığı mühüm rolu xatırladıb. Təntənəli yürüş Rusiya aviasiyasının iştirakı ilə ənənəvi uçuş hissəsi ilə tamamlanıb. Daha sonra isə Vladimir Putin xarici qonaqlarla Böyük Vətən Müharibəsində həyatlarını qurban vermiş əsgərlərin xatirəsini yad edib və “Naməlum Əsgər” məzarının üzərinə güllər qoyub.

Xəbər lenti
0