CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2020-nin aprelinə qayıdış: Karantinli Bakıda ilk iş günü – VİDEO

Abunə olmaq
Ciddi karantinli Bakıda ilk iş günü buludlu və izdihamlıdır. Sputnik Azərbaycan şəhərdə vəziyyəti müşahidə etmək qərarına gəlib.

21 iyun 00:00-dan etibarən 5 iyul 06:00-a qədər Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı və Abşeron rayonunda ciddi karantin rejimi tətbiq edilir.

Yenə işə keşməkeşli yollarla: Bakı polisi hər sürücünü yoxlayır  - Sputnik Azərbaycan
VİDEO
Yenə işə keşməkeşli yollarla: Bakı polisi hər sürücünü yoxlayır

Qeyd edilmiş şəhər və rayonlarda yalnız sms-xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq mümkündür. Ticarət mərkəzləri, restoran və kafelər, gözəllik salonları və bərbərxanaların fəaliyyəti dayandırılıb. Açıq havada idman oyunlarının keçirilməsi qadağandır.

Əgər baharda karantinin ilk mərhələsində bu vəziyyətə tab gətirmək çətin idisə, yayın istisində insanlar üçün dörd divar arxasında qalmaq ondan da çətinləşib.

Düzdür, daha öncə Azərbaycanda tətbiq edilən məhdudiyyətlərlə müqayisədə bu dəfə park və bulvarlar açıq olacaq. Yaşı 65-dən yuxarı olanlar üçün də evdən çıxmaq qadağası qalmayıb.

Ümumi olaraq koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi 1 avqust tarixinə qədər davam edəcək.

Xəbər lenti
0