20:54 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Bakı və ölkənin bir sıra şəhər və rayonlarında yenidən polis postları quraşdırılıb. Sputnik Azərbaycan ciddi karantin rejiminin ilk iş günündə paytaxt yollarında baş verən vəziyyəti müşahidə etdi.

Bakı və Azərbaycanın bir sıra digər rayonlarında polis postları mayın 18-də sərt karantin rejiminin bitməsi ilə qaldırılmışdı. Buna baxmayaraq, karantin rejiminin bir daha sərtləşməsi ilə iyunun 21 saat 00:00-dan etibarən bir daha quraşdırılıb.

Ciddi karantin rejiminin ilk iş günündə paytaxt küçələrində sıxlıq müşahidə edilir. Yol polis işçiləri hər keçən avtomobili saxlamaq və yoxlamaq iqtidarındadır. Bunun necə baş verdiyini videomuzda izləyin.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 21 iyun 00:00-dan etibarən 5 iyul 06:00-a qədər Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı və Abşeron rayonunda ciddi karantin rejimi tətbiq edilib. Qeyd edilmiş şəhər və rayonlarda yalnız sms-xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq mümkündür. Ümumi olaraq koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi 1 avqust tarixinə qədər davam edəcək.

Digər videolar

Əsas mövzular