CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Açıldığı kimi bağlandı: bakılılar Abşeron çimərliklərindən həzz ala bilmədilər

Abunə olmaq
Pandemiyaya baxmayaraq, Azərbaycanda 16 iyundan etibarən çimərlik mövsümü açıq elan edilib, təbii ki, müəyyən qaydalara riayət etməklə. Karantin vaxtında paytaxt çimərliklərindən birinin necə göründüyünü videomuzda izləyin.

Bakıda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı, rəsmi olaraq ayın 16-da açılmış çimərliklər iyunun 21-dən etibarən yenə də qonaqsız qalacaq.

“Daha da uzadılsa, yaxşı olar” – azərbaycanlılar dörd divar arasında oturmağa razıdırlar – Sorğu  - Sputnik Azərbaycan
VİDEO
“Uzadılsa, yaxşı olar” – azərbaycanlılar dörd divar arasında oturmağa razıdırlar – Sorğu

Şıx qəsəbəsində, demək olar ki, nümunəvi çimərlik açılıb. Bu cür çimərliklər Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri olan Leyla Əliyevanın təşəbbüsüdür. Sputnik Azərbaycan-ın çəkiliş qrupu da məhz bu çimərliyə yola düşmək qərarına gəlib.

Burada ictimai çimərliyə giriş və göstərilən xidmətlər pulsuzdur. Bundan başqa, sosial məsafənin qorunması üçün xüsusi arakəsmələr quraşdırılmış, müəyyən yerlərdən dezinfeksiyaedici məhlullar təmin edilmişdir. Bütün çimərlik boyu isə karantin və təhlükəsizlik qaydalarının riayət edilməsini yada salan məlumat lövhələri quraşdırılıb.

Çimərliklərin bir də karantin rejiminin yumşaldılmasından sonra açılması gözlənilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, 21 iyun 00:00-dan etibarən 5 iyul 06:00-a qədər Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı və Abşeron rayonunda ciddi karantin rejimi tətbiq ediləcək. Qeyd edilmiş şəhər və rayonlarda yalnız sms-icazə və xüsusi sənədlərlə mümkün evdən çıxmaq mümkün olacaq.

Daha öncə Azərbaycanda tətbiq edilən məhdudiyyətlərlə müqayisədə bu dəfə park və bulvarlar açıq olacaq. Ticarət mərkəzləri, restoran və kafelər, gözəllik salonları və bərbərxanaların fəaliyyəti dayandırılacaq. Teatr və sərgilər olmayacaq. Açıq havada idman oyunlarının keçirilməsi qadağan ediləcək.

Ümumi olaraq koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi 1 avqust tarixinə qədər davam edəcək.

Xəbər lenti
0