17:15 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Yay mövsümünü əbəs yerə dörd gözlə gözləmirik. Bütün il boyu onun planlarını qururuq. Bəs bu il bakılılar öz istirahətlərini necə edəcək? Yayı necə keçirməyi düşünürlər? Sorğunu videomuzda izləyin.

Baharı bir təhər yola saldıq. Novruz istirahətlərimiz təxirə düşdü, hər kəs tətilini vahimə içərisində televizor arxasında keçirdi.

Amma yayın da eyni aqibəti yaşamayacağına ümid edirik.

Pandemiya ilə əlaqədar olaraq hal-hazırda rayonlara gedən yollar bağlı, bir çox istirahət mərkəzi kilid altında, çimərliklər də müəyyən qaydalarla çalışır. Belə olan halda bakılılar bu mövsümü necə keçirməyi, istidən necə xilas olmağı düşünürlər?

Təxmin etdiyimiz kimi, bir çoxları dənizi son ümid olaraq görür. Digərləri isə haradasa istirahət planlaşdırmanın olduqca riskli olduğunu düşünür və evdə qalmağa üstünlük verir. Bakılıların bu yayı necə keçirmək istədiyini videomuzda izləyin.

Digər videolar

Əsas mövzular