Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın “mahitos”ları Rusiyaya yola düşür: COVID pomidor yığımına mane ola bilmədi

Abunə olmaq
Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan fermerləri məhsul yığımına davam edirlər və bu yaxında yerli pomidorlar Rusiya bazarlarına yola düşəcək. Daha ətraflı videomuzda izləyin.

2020-ci ilin ilk dörd ayının nəticələrinə görə, Azərbaycanda qeyri-neft məhsullarının ixracı strukturunda birinci yeri məhz pomidor tutur. İkinci yerdə pambıq, üçüncü yerdə isə qızıl yerləşib. Azərbaycan fermerləri isə Rusiyaya “mahitos” sortu olan yeni pomidor növünü göndərməyə hazırlaşırlar. 

Şəmkirdə parniklərin birində fermerlər hələ tam dəyməmiş pomidorları yığırlar, belə ki, onları uzun yol gözləyir. Uzunmüddətli saxlanma və sonrakı emal onların yaşıl dərilməsini tələb edir.

Şəmkir fermerlərindən biri Elmir Hüseynov deyir ki, pomidorlar Rusiyaya ixrac ediləcək. O iddia edir ki, karantin rejiminə baxmayaraq, onların təsərrüfatında heç bir problem yoxdur.

“Ötən il ilə müqayisədə məhsul daha azdır. Amma problemimiz yoxdur. Hal-hazırda Azərbaycanda pomidorların qiyməti 1,70-2 manat arasıdır”, - deyə fermer Sputnik Azərbaycan-la bölüşüb.

Bir çox mütəxəssis kənd təsərrüfatında uzunmüddətli fasilə proqnozlaşdırsa da, fermerlər ümid etməyə və plan qurmağa davam edirlər. Pomidorları dərib bitirdikdən sonra fermerlər parniklərdə yay mövsümündə xiyar əkməyi düşünürlər.

Xəbər lenti
0