CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlli illiyinizi gözləyirik: yaradıcı ziyalılar Sputnik Azərbaycan-ı təbrik edirlər

Abunə olmaq
Düz beş il bundan öncə Sputnik agentliyi Azərbaycanda informasiya portalının açılışını elan etdi. Bu münasibətlə Azərbaycanın yaradıcı ziyalıları bizi təbrik edib.

Sputnik Azərbaycan multimedia agentliyi ilk yubileyini – nə az, nə çox, düz beş yaşını qeyd edir. 2015-ci ilin may ayından öz işinə başlayan agentlik bu müddət ərzində Azərbaycanın öncül informasiya agentliklərindən birinə çevrilməyə müvəffəq olub və ilk gündən öz oxucularına keyfiyyətli materiallar təqdim etməyə çalışıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və əməkdar artist Eyyub Quliyevlə Azərbaycanın əməkdar artisti, aktyor Elnur Kərimov bizə öz video təbriklərini göndərib, agentliyə uğurlar və çiçəklənmə arzulayıb.

“Bu illər ərzində çox tədbirlər olub və siz həmişə yanımızda olmuşunuz. Biz həmişə diqqətinizi və dəstəyinizi hiss edirik. Buna görə sizə böyük minnətdarlığımı bildirmək istəyirəm və arzu edirəm ki, bu rəqəmə daha bir rəqəm əlavə edəsiniz” – deyə Eyyub Quliyev bildirib.

Öz növbəsində, əməkdar artist Elnur Kərimov sputnik.az-a yeni zirvələr və uğurlar arzulayıb.

“Xüsusilə gənclərə olan qayğınıza, diqqətinizə görə sizə minnətdaram. Nə yaxşı ki, mən də Sputnik.az ailəsinin qonağı olmuşam,” – deyə Elnur Kərimov agentliyi təbrik edib.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerlı mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik – dünyanın 90-dan çox şəhərində 33 dildə multimedia internet saytlarını, analoq və rəqəmsal radioyayımlarını özündə birləşdirən dünyanın ən iri beynəlxalq KİV-lərindən biridir. Sputnik xəbər lentləri sutka ərzində ingilis, ərəb, ispan, çin və fars dillərində bütün dünya üzrlə aparıcı mediaları məlumatla təmin edir. Sputnik informasiya resurslarının auditoriyası ayda 80 milyondan çoxdur, Sputnik sosial şəbəkələrində isə ümumi abunəçilərin sayı 20 milyonu keçir. Bişkekdən Kişinyova qədər, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzlərində onlarla müxtəlif milliyyəti təmsil edən minlərlə insan çalışır. Sputnik “Rossiya Segodnya” media qrupuna daxildir.

Xəbər lenti
0