Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfiri Sputnik Azərbaycan-ı yubiley münasibətilə təbrik etdi – video

Abunə olmaq
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Sputnik Azərbaycan-a minnətdarlıq məktubu göndərib və informasiya agentliyini ilk yubileyi münasibətilə təbrik edib. Daha ətraflı videomuzda.

Sputnik Azərbaycan multimedia agentliyi öz ilk yubileyini – beş illiyini qeyd edir. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerlı mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov agentliyin əməkdaşına minnətdarlıq məktubunu çatdırıb və bütün kollektivə yaradıcılıq uğurları arzu edib.

“Peşəkar yanaşmanız, operativliyiniz, qərəzsiz və obyektiv məlumatlandırma üsulunuz sizin informasiya vasitənizə daimi abunəçi və oxucu auditoriyasını qazanmağa imkan yaradıb. Bu imkandan istifadə etməklə, Sputnik Azərbaycan-ın kollektivinə yaradıcılıq uğurları və yeni peşəkar nailiyyətlər arzu etmək istəyirəm,” – deyə səfir öz təbriklərini çatdırıb.

Sputnik özündə 33 dildə yayımlanan multimedia internet saytlarını, dünyanın 90-dan artıq şəhərində analoq və rəqəmsal radioyayımlarını birləşdirən böyük beynəlxalq KİV-dən biridir. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərinə ingilis, ərəb, ispan, Çin və fars dillərində məlumat yayır.

Sputnik-in informasiya resurslarının auditoriyası ayda 80 milyondan çox ziyarətçidən ibarətdir, sosial şəbəkələrdə Sputnik-in izləyicilərinin ümumi sayı 20 milyondan çoxdur. Bişkekdən Kişinyova, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.

“Sputnik” “Rossiya Seqodnya” mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Xəbər lenti
0