15:39 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik. / AWF / WrestRusRu / K. Əliyeva

13 may tarixində ikitərəfli pnevmoniya diaqnozu ilə həyatının 68-ci ilində Azərbaycan Güləş Federasiyasını sabiq vitse-prezidenti dünyasını dəyişdi. Əməkdar məşqçinin təlimatı altında idmançıların müvəffəqiyyətlərini videomuzda izləyin.

Rusiyanın qadın güləşi üzrə yığma komandasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov həyatının son günlərini xəstəxanada süni nəfəs aparatına qoşulmuş halda keçirib. İkitərəfli pnevmoniya təəssüf ki, onun həyatına son qoydu.

Hələ gənc ikən Aliomarov doğma Dağıstanda digər idmançıları hazırlaşdırmağa başlayıb. 1989-cu ildə 37 yaşında “RSFSR Əməkdar artisti” adına layiq görülüb.

2011-ci ildən 2015-ci ilə qədər başçılıq etdiyi Azərbaycanın güləş üzrə qadın yığma komandasına lider mövqelərə qalxmasına kömək edib. Londonda Olimpiya Oyunları zamanı Mariya Stadnik və Yuliya Ratkeviç gümüş və bürünc medallar qazanıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti mövqeyini tərk etdikdən sonra Aliomarov Rusiyanın qadınlar arasında güləş yığma komandasına başçılıq edib və dərhal qızları qələbəyə doğru aparıb. Komanda 2019 dünya çempionatında ikinci yer, 2020 Avropa çempionatında isə birinci yer qazanıb.

Azərbaycanda güləş idman növünün inkişafında qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev onu “Tərəqqi” ordeni ilə təltif edib. Ona həm də Azərbaycanın Əməkdar məşqçisi adı verilib.

Sputnik Azərbaycan bir sıra titullu idmançıları hazırlamış, onlara müxtəlif çempionatlarda titul qazanmağa kömək etmiş misilsiz məşqçi Maqomed Aliomarovun nailiyyətlərini yada salır. 

Digər videolar

Əsas mövzular