CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bundan sonra nə edəcəyimizi hələ təsəvvür etmirəm - "EuroHome"da çarəsiz qalanlar

Abunə olmaq
Heç yarım il keçmədi ki, “EuroHome” mağazası yenidən “yanğın” janrının baş qəhrəmanına çevrildi. Yanğın ərazisində hal-hazırda nə baş verdiyini videomuzda izləyin.

Ötən gecə Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında yenidən yanğın baş verib. Ümumi sahəsi, təqribən, 22500 kv.m-ə yaxın olan bazarın 3300 kv.m hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub. Bu isə bütün bazarın 15%-ni təşkil edir. Xəsarət alanlar yoxdur.

Dükan sahibləri isə nə edəcəklərini bilmirlər.

“Sahibkarların malları yanıb gedir, bizə də heç kim kömək etmir. Bazarın ən çox malları olan dükanları yanıb. Bundan sonra nə edəcəyimizi hələ təsəvvür etmirəm”, - deyə yanmış mağazalardan birinin sahibi Şamil Ağayev Sputnik Azərbaycan-la bölüşüb.  

Hal-hazırda yanğının başvermə səbəbi araşdırılır.

Bakıda tikinti bazarında güclü yanğın – hadisə yerindən video>>

Ötən dəfə “EuroHome” tikinti malları mağazasında yanğın keçən il 10 dekabr tarixində baş vermişdi. O vaxt yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirinin işçiləri, yanğınsöndürənlər, üç vertolyot və bir ədəd təyyarə qoşulmuşdu.

Xəbər lenti
0