Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Ona yeganə qızını tanımaq nəsib olmadı" – Milli Məclis deputatı doğma insanı haqqında

Abunə olmaq
“Cəbhə xatirələri” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə öz ailəsinin qəhrəmanını xatırlayıb. Onun kədərli həyat yolu haqqında videomuzda izləyin.

Sputnik mətbuat mərkəzlərinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş ənənəvi layihəsi olan “Cəbhə Xatirələri” əsgər və zabitləri övladlarının xatirələri ilə yad edir. 

“Atam öz evi uğrunda vuruşub, vuruşub ki, faşistlər Bakıya çatmasın” – Rəsulzadə  - Sputnik Azərbaycan
VİDEO
“Atam öz evi uğrunda vuruşub, vuruşub ki, faşistlər Bakıya çatmasın” – Rəsulzadə

Azərbaycanın tanınmış ictimai və siyasi xadimi, Milli Məclisin deputatı Aydın Mirzəzadə də “Cəbhə Xatirələri” layihəsində iştirak edib. Deputat ailəsinin qəhrəmanı, müharibənin ilk günlərində döyüşlərə könüllü kimi gedən babasının dayısı haqqında xatirələrini bizimlə bölüşüb.

“1941-ci ildə, müharibənin əvvəlində onlar ilk uşaqlarının dünyaya gəlməsini gözləyirdilər. Amma vətəninin patriotu kimi, o, könüllü olaraq müharibəyə yollandı və itkin düşdü – nə məktub gəldi, nə onun haqqında bir məlumat. Və müharibənin başlanmasından üç ay sonra onun ilk və yeganə qızı dünyaya gəldi. Ona yeganə qızını tanımaq nəsib olmadı”, - deyə Milli Məclis deputatı bizə danışıb.

Aydın Mirzəzadə daha sonra ailəsinin qəhrəmanı olan Süleymanov Məhəmməd Hüseyn oğlunun yeganə qızını tapıb. İndi isə ümid edir ki, nə vaxtsa onun haqqında bütün həqiqəti öyrənə biləcək.

"Onun haqqında xatirələrim həmişəlik ürəyimdə qalacaq" – Səfa Mirzəhəsənov babası haqda>>

Qələbə Günü ərəfəsində Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Gürcüstan və Qazaxıstan Sputnikləri Belarus, Baltika, Qafqaz, Cənub və digər cəbhələrdə vuruşmuş əsgər və zabitlərin ailələrinin xatirələrini dərc edir.

“Cəbhə Xatirələri” bu ailə xatirələrini müharibə salnamələrinin bir hissəsinə çevirəcək və hər kəsə əziz olan Qələbənin hansı qəhrəmanlıqlar sayəsində qazanıldığını bir daha xatırladacaq.

Xəbər lenti
0