CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Darıxmağa vaxt yoxdur, karantindəyəm!” – 84 yaşlı aktyor sirlərini bölüşür

Abunə olmaq
84 yaşlı Əməkdar artist Məcnun Hacıbəyovun hətta karantin dövründə darıxmağa vaxtı yoxdur. Tək yaşamasına baxmayaraq, o özünə həmişə iş tapır. Daha ətraflı videomuzda izləyin.

19 il bundan öncə həyat yoldaşı dünyasını dəyişəndən sonra Məcnun Hacıbəyov doğulduğu Qubanın İkinci Nügədi kəndinə qayıdıb və tək yaşamağı seçib. O, xüsusilə də teatrdan ayrıldıqdan sonra paytaxtın səs-küyündən uzaq qalmağı tərcih edib.

Əsrə yaxın yaşı olan sənətkar  - Sputnik Azərbaycan
VİDEO
Əsrə yaxın yaşı olan sənətkar: işləməyəndə xəstələnir

Sputnik Azərbaycan-ın əməkdaşı sənətkarın, karantin zamanında vaxtını necə keçirdiyini öyrənmək üçün, yaşadığı kəndə üz tutub, hal-əhvalını  öyrənib.  

Karantin dövründə  sənətkarı dövlət tərəfindən təyin edilən sosial xidmətlərdən gələn şəxslər ərzaqla təmin edir, vəziyyəti ilə maraqlanır.

Artıq 84 yaşına çatmış Əməkdar artistin sözlərinə görə, bu yaşa qədər gəlməsinin səbəbi fizik işlə məşğul olması və yaxşı qidalanması olub.

“Həyətdə, evdə iş heç vaxt bitmir. Mən hələ 12 yaşımdan işləməyə vərdişəm. Başqa cür bacarmıram”, - deyə o bizimlə bölüşüb.

Məcnun bu günə qədər kənd təsərrüfatı ilə məşğul olur, həyətində müxtəlif tərəvəz məhsulları və meyvə ağacları əkib. Karantin dövründə isə o, bütün azərbaycanlıları işləməyə, heç nədən qorxmamağa və əzmli olmağa çağırıb.

Xəbər lenti
0