CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bazarları təcrid şəraitində: satıcılar nədən gileylənirlər

Abunə olmaq
Bakının mərkəzi bazarlarından olan Yaşıl Bazar koronavirusla bağlı elan edilmiş karantin rejimində işləməyə davam edir. Onların bazarının olub-olmadığını isə videomuzdan öyrənin.

Sputnik Azərbaycan koronavirus vaxtında alış-verişin necə getdiyini öyrənmək üçün Yaşıl Bazara üz tutub. Bazar, demək olar ki, boşdur, amma əvvəlki rejimdə çalışır.

“Könlü balıq istəyənin...” – Yayda balıq yemək olarmı  - Sputnik Azərbaycan
VİDEO
“Könlü balıq istəyənin...” – Yayda balıq yemək olarmı

Gözümüzə dəyən ilk dəyişikliklərdən satıcıların maska və birdəfəlik əlcəkdə olması və hər kəsin piştaxtası arxasında böyük antiseptik qabının olması idi.

Satıcıların sözlərinə görə, alıcıların sayında kəskin azalma var. Qəssab Qədir Məmmədov alış-verişin azalmasından gileylənir. Amma ət və balıq məhsullarının qiymətlərində heç bir dəyişiklik olmayıb.

Meyvə və tərəvəz şöbəsində vəziyyət bir qədər fərqlidir. Meyvə satıcısı bizə danışıb ki, insanlar karantin vaxtı evdən az-az çıxmağa çalışır, ona görə bazara gəldikdə bir həftəlik alış-verişini etməyə üstünlük verirlər.

Xəbər lenti
0