04:19 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İlham Əhmədov / Kamilla Əliyeva / Leyla Orucova

Çuxur Qəbələ kəndinin yaxınlığında yarımdağılmış vəziyyətdə olan, amma hələ də əzəmətli görünüşünü saxlamış qədim Qəbələ Qalası ucalır. Ona bir də Sputnik Azərbaycan-ın obyektivindən baxmağa dəvət edirik. Daha ətraflı videomuzda.

Müasir Qəbələnin mərkəzindən 30 kilometr cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında qədim Qəbələ Qalası yerləşir.

Bakının əsas girişi – Qoşa Qala qapıları “xilas” edilir
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / L. Orucova

Günümüzə kimi yalnız divar və bir neçə bürcün dağıntıları qalıb. Amma bu qala bir daha Qəbələnin Qafqaz Albaniyasının qədim paytaxtı kimi qüdrətindən xəbər verir.

1985-ci ildən bu ərazidə Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Bir neçə onilliklər ərzində aparılmış arxeoloji qazıntılar zamanı burada Qəbələnin təsərrüfat həyatı, sənətkarlığı və ticarət münasibətlərinin inkişafını əks etdirən qiymətli artefaktlar aşkar edilib.

Digər videolar

Əsas mövzular