Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlılar üçün “Dəstək Qutusu”: Koronavirus vaxtında dostlardan kömək

Abunə olmaq
Bakıda ehtiyacı olan ailələrin çətinliklərinə biganə qala bilməyən bir dost qrupu ərzaqla dolu qutu hazırlayıb, onu koronavirus risk qrupuna aid olan insanlara paylamaq qərarına gəlib. Daha ətraflı videomuzda izləyin.

Bütün Azərbaycan üzrə koronavirusla mübarizə tədbirləri gücləndirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Ştabın göstərişinə əsasən bir çox dövlət strukturu və şəxsi müəssisələrin işçiləri yalnız icaze.e-gov.az portalından icazə alınandan sonra işə gedə bilərlər. Digər vətəndaşlar isə 8103 nömrəsinə sms-lə müraciət etdikdən sonra evlərini tərk edə bilərlər. 

Bu vəziyyətdə 23 saylı Nəsimi Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Zaur Darabzadə və onun komandası bir çox azərbaycanlı ailəsinin düşdüyü çətin vəziyyətə biganə qala bilməyib onlara kömək etməyə başlayıb.

Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO - Sputnik Azərbaycan
VİDEO
Ehtiyacı olanlara pulsuz çörək paylayan kiçicik mağaza – VİDEO

Bu gənclər azuqə ilə dolu qutuları insanların evlərinə qədər çatdırır. Və bu yardım yalnız yaşlı insanlara deyil, Bakı, Sumqayıt və Xırdalanda yaşayan aztəminatlı ailələr üçün də edilir.

Bu qutuya 30 manat civarında alınmış ən əsas tələbat məhsulları daxildir. Son həftə ərzində dostlar 491 ailəni sevindirməyə müvəffəq olub

Yeni başlayanda hər şey onların öz hesabına edilirdi – kimsə ofis ilə kömək etmiş, kim isə pul ianə edirdi. Amma aprel ayından komanda “Facebook” sosial şəbəkəsində öz səhifəsini açıb. Və daha çox insan onların etdiyi xeyirxah işə qoşulmaq istəyib və maddi dəstək göstərib.

Maraqlananlar və yardım etmək istəyənlər üçün komandanın bank hesabını 5103071411437599 (Kapital Bank), habelə onların sosial şəbəkə səhifəsini təqdim edirik.

Xəbər lenti
0