Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Koronavirus həyatları dəyişir: burada isə ondan qorxan yoxdur

Abunə olmaq
Koronavirus bütün azərbaycanlıların vərdiş etdiyi gündəlik həyata öz dəyişikliklərini edib. Bölgələrdəki həyata virusun necə təsir etdiyini videomuzda izləyin.

Hal-hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bomboş Bakı küçələri: Əhali xüsusi karantin rejimində - Video   - Sputnik Azərbaycan
VİDEO
Bomboş Bakı küçələri: Əhali xüsusi karantin rejimində - Video

Ölkə 20 aprel tarixinə qədər xüsusi sosial təcrid rejiminə keçib. Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması ümumiyyətlə qadağan edilib. Bakı, Sumqayıt və Abşeron rayonuna giriş və çıxış qadağan edilib. Rayon və şəhərlərarası sərnişin daşınması dayandırılıb.

Paytaxtdan kənarda qalan bölgələrdə virusa yoluxma kritik həddə çatmayıb. Buna baxmayaraq, dövlət bütün ölkə üzrə qabaqlayıcı tədbirlər görüb – məktəblər bağlanıb, insanlar evdən işləyirlər, hər kəs insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa çalışır.

Kənd camaatı əmindir ki, onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Belə ki, onlar meqapolisdən kənarda yaşayır və nəfəs aldıqları hava isə tərtəmizdir.

Qazaxın Kosalar kəndi və Lənkəran şəhərində olan vəziyyəti videomuzda izləyin.

Xəbər lenti
0