Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Virusa yoluxmamaq üçün bunları edin - VİDEO

Abunə olmaq
Martın 11-də koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Hazırda bu virusdan həlak olanların siyahısına İtaliya başçılıq edir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Bu ümumdünya bəlası ilə mübarizənin ön sırasında şübhəsiz ki, səhiyyə işçiləri dayanır. Əsasən onların fədakar əməyi koronavirusun geniş vüsət almasına imkan vermir. Lakin bu məsələdə insanların özlərinin də üzərinə az məsuliyyət düşmür.

National Prime Hospital tibb mərkəzinin kollektivinin hazırladığı rolikdə çox aydın şəkildə vətəndaşların virusa yoluxmamaq üçün əməl etməli olduqları ehtiyat tədbirləri göstərilib.

Xəbər lenti
0