CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdəki azərbaycanlıların etirafları: "Qorxuram, təyyarədə kimisə yoluxduraram"

Abunə olmaq
Birinci dəfədir, bütün dünya eyni düşmənlə mübarizə aparır. Bütün ölkələrdə vəziyyət, demək olar ki, eynidir. Sputnik Azərbaycan xaricdə yaşayan azərbaycanlılardan yaşadıqları ölkələrdəki vəziyyəti şərh etməyi xahiş edib. Daha ətraflı videomuzda.

Hər kəs yekdilliklə koronavirusa qarşı vuruşmağa və sağ qalmağa çalışır. Uzun müddət ərzində birinci dəfədir anti-qloballaşma prosesi başlayıb. Ölkələr sərhədlərini bağlayıb və bir çox xaricdə yaşayan həmvətənlərimiz öz ailələrini görmək imkanından məhrum olublar.

Bir illik Asiya ölkələrinə səyahətə çıxan Nərmin Abbasova, məsələn, hal-hazırda Hindistanda qalıb. Onun sözlərinə görə, ölkənin bir çox şəhərində turistlərə qarşı kobud davranış olduğuna görə dövlət bütün turistlərə Yeni Dehliyə gəlməyi tövsiyə edib.

Sputnik Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların düşdükləri vəziyyət haqqında şərhlərini təqdim edirik. Biz isə bir daha əmin olduq ki, dünya nə qədər böyük olsa da, yenə də olduqca balacadır və biz hamımız eyniyik.

Xəbər lenti
0