CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantində nələr baş verir? - "İçəri"dən hər bir azərbaycanlıya müraciət

Abunə olmaq
Bir çoxumuz elə “karantin” sözünü eşidəndə vahiməyə düşürük. Biz əsl karantində olan insanla ünsiyyətdə olmuruq, buna görə də Sputnik Azərbaycan hal-hazırda 8-ci gündür bu vəziyyətdə olan vətəndaşımızın müraciətini sizə təqdim edir.

Tural Ağayev Gürcüstanla sərhədi keçdikdən sonra artıq 8-ci gündür Ağciyər Xəstəlikləri İnstitutunda karantində saxlanılır. Onun sözlərinə görə, artıq iki dəfə keçirilən analizlərdən sonra onun COVID-19 virusuna yoluxmadığı aşkar edilib və o, artıq 6 gündən sonra öz ailəsinə və doğmalarına qovuşacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan tibb işçiləri karantində saxlanılan şəxslərin rahatlığı üçün əlindən gələni əsirgəmir və o, buradakı bütün tibb personalına ayrıca təşəkkürünü bildirib.

Tural bəy öz videosunda hər birimizə müraciət edib və bir daha qoyulan məhdudiyyətlərə əməl etməyimizi xahiş edib.

Qeyd edək ki, hal-hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu günə qədər 11 nəfər sağalıb.

Xəbər lenti
0