Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Ekspert: Yaradılan ajiotaj dövlət tərəfindən görülən tədbirlərə mənfi təsir göstərə bilər

Abunə olmaq
Son iki gündə ən çox şahidi olduğumuz mənzərələrdən biri bankların önündəki uzun-uzadı növbələrdir. Səbəbi də bəllidir, yeni devalvasiya vahiməsi. Bu mövzuda mütəxəssis şərhini videomuzda izləyə bilərsiniz.

OPEC+ üzvlərinin nəticəsiz görüşündən sonra dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu fonda isə Azərbaycan cəmiyyətində vahimə yaranıb ki, manatın qiyməti yenidən düşəcək və hər kəs əlində olan-qalan pulunu dollara dəyişmək istəyir.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu gün keçirilən mətbuat konfransı da məhz bu mövzuya həsr edilib. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev cəmiyyəti ajiotaj yaratmamağa çağırıb. Videomuzda ekspertin daha ətraflı rəyini eşidə bilərsiniz.

Xəbər lenti
0