Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Ağırlığım, uğurluğum...” – Azərbaycanda Od çərşənbəsi qeyd edilir

Abunə olmaq
Azərbaycan Od çərşənbəsini qeyd edir. Həyətlərdə tonqallar yanır, hər kəs ötən ilin ağrısını, azarını odlara verməyə çalışır. Bakı sakinlərinin bu çərşənbəni necə qeyd etdiklərini videomuzda izləyin.

Bizim üçün Novruz heç vaxt yalnız bayram axşamı olmayıb. Biz Novruza bir ay qabaq hazırlaşırıq və təbiətin hər 4 ünsürünün oyanışını bir-bir qeyd edirik. Sanki qışın soyuğunu, bədbinliyini və durğunluğunu özümüzdən lay-lay atırıq.

Gənclər “Su çərşənbəsi”ni necə qeyd edir  - Sputnik Azərbaycan
VİDEO
Gənclər “Su çərşənbəsi”ni necə qeyd edir - VİDEO

Bu gün də Azərbaycanımız Od çərşənbəsini qeyd edir. Bu gündə ənənəvi olaraq tonqallar qalanır, “Ağırlığım, azarım-bezarım oda” deyərək, üstündən atlayırlar ki, bütün xəstəliklər və ağrılar odda yansın.

Qeyd edək ki, növbəti bayram çərşənbəsi olan Yel çərşənbəsi martın 10-u, Novruzun ilaxır Torpaq çərşənbəsi isə martın 17-si qeyd ediləcək. Bu il astronomik yaz ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək.

Xəbər lenti
0