09:21 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Hal-hazırda Bilgəhdəki “qocalar evi”ndə 240-a yaxın sakin yaşayır. Onların burada necə yaşadığını, güzəranının necə keçdiyini videomuzda izləyin.

Sputnik Azərbaycan Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə baş çəkib və orada yaşayan ailələrlə danışıb.

Həmişə birlikdə: Bakıda Qocalar evində yaşayan və 50 il birlikdə olan cütlük
© Sputnik. Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Qədirovlar ailəsi artıq üç ildir ailə qurub və onun son iki ilini qocalar evində keçirib.

“Bizim tanış olmağımız tamamilə bir təsadüf idi. O, hər axşam rəhmətlik anası ilə parka gəzintiyə çıxırdı, mən də hər gün onları görürdüm. Mənim öz ailəm dağılıb. Bir müddət mənzildə yaşadıq, daha sonra İradə ilə birlikdə qocalar evinə gəldik”, - deyə ailənin başçısı Vaqif Qədirov bizimlə bölüşüb.

Vaqif bəy 1984-cü ilə qədər metropolitendə maşinist işləyib və bu sahədə ali təhsilini Moskvada almış ilk mütəxəssislərdən biri olub. İradə Qədirova isə rayon icra komitəsində uzun illər çalışıb. Daha sonra üz iflicinə görə işini dayandırmalı olub.

Keçdikləri bu keşməkeşlərə baxmayaraq, cütlük Allaha ailələrinə görə şükür edir və bunu əsl tale adlandırır.

“Taledən qaçmaq olmur. Mən heç vaxt düşünməzdim ki, gəlib axırda qocalar evində yaşayacağam. Amma həyatımdan şikayət etmirəm. Artıq hər şey yaxşıdır”, - deyə Qədirova söhbətini bitirib.

Doğrudan da, səni anlayacaq, səni daim dəstəkləyəcək birini tapandan sonra həyatda hər şey əvvəl-axır yaxşı olur.

Digər videolar

Əsas mövzular