Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Rusiyalı senator: “Parlamentin yenilənməsi istəyi bizi olduqca sevindirir”

Abunə olmaq
Rusiya Federasiyası Şurasının üzvləri Bakıda növbədənkənar parlament seçkilərini müşahidə edirlər. Onların namizədlər və xalqın gözləntiləri haqda düşüncələrini videomuzda izləyin.

“Azərbaycanda seçkilər çox yaxşı təşkil edilib, hər yerdə sakit ab-hava müşahidə edilir, seçici fəallığı olduqca yüksəkdir, heç bir pozuntu qeydə alınmayıb”. Bunu Rusiya Federasiyası Şurasının elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova Sputnik Azərbaycan-a müsahibəsində deyib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkiləri müşahidə etmək üçün 883 beynəlxalq müşahidəçi ölkəyə gəlib. Onların arasında Rusiya Federasiya Şurasının üzvləri də var.

Rusiyalı senatorun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər beynəlxalq müşahidəçilər üçün olduqca maraqlıdır. Namizədlərin böyük fəallığı da gözdən qaçmayıb.

“Biz gənc namizədlərin böyük sayda təmsil edilməsinə diqqət yetirdik. Və doğrudan da parlamentin yenilənməsi, yeni cavan qüvvələrin cəlb edilməsi istəyi hal-hazırda öz reallığını tapır və bu bizi olduqca sevindirir”, – deyə Qumerova bizimlə bölüşüb.

Xəbər lenti
0