SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirəcək" – beynəlxalq müşahidəçi

Abunə olmaq
Müstəqil Dövlətlər Birliyi müşahidəçi missiyasının üzvü parlament seçkilərindən ilk təəssüratlarını bizimlə bölüşüb. Daha ətraflı videomuzda izləyin.

Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçki prosesini müşahidə etmək üçün Azərbaycana 883 beynəlxalq müşahidəçi gəlib.

MDB Parlamentlərarası Assambleya Şurasının müşahidəçilər Missiyasının Koordinatoru Özbəkistanın Ali Məclisi Senat sədrinin birinci müavini Sadıq Safayev öz təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb.

“Yeni ideyalar, yeni nəfəs gözləyirik” – Azərbaycanda növbədənkənar parlament seçkiləri  - Sputnik Azərbaycan
VİDEO
"Yeni ideyalar, yeni nəfəs gözləyirik" – Azərbaycanda növbədənkənar parlament seçkiləri
“Artıq bu gün gəldiyimiz nəticə odur ki, bu seçkilər qeyri-adidir. Hər kəs başa düşür ki, bu, Azərbaycan cəmiyyəti üçün olduqca vacib bir hadisədir. Ən böyük məqsəd bu ölkədə islahatların dərinləşməsinə apara biləcək hərəkətverici qüvvəsi olan yeni parlamenti seçməkdir. Hamımız qəbul edirik ki, bu, ölkənin gələcəyi üçün önəmli, belə desək, taleyüklü rol oynayacaq. Əbəs yerə deyil ki, missiyamızın bu gün gəldiyi ilk qənaətlərdən biri əhali arasında böyük siyasi aktivliyin, böyük marağın, siyasi partiyalar arasında fəallığın olmasıdır”, - deyə özbəkistanlı müşahidəçi danışıb.

Beynəlxalq müşahidəçinin sözlərinə görə, soyuq hava şəraitinə baxmayaraq insanlar seçkidə iştirak edir və öz vətəndaşlıq borcunu ödəməyə çalışırlar.

“Biz şübhə etmirik ki, bugünkü seçkilər uğurlu olacaq və Azərbaycan xalqının iradəsini əks etdirəcək. Biz səmimi qəlbdən qardaş Azərbaycan xalqına uğurlar arzu edirik”, - deyə o tamamlayıb.

Qeyd edək ki, bu gün 1314 namizəd arasından 125 millət vəkili seçiləcək. Bu il 5 329 460 şəxs səs vermək hüququna malikdir. Səsvermə 5573 məntəqədə həyata keçirilir.

Xəbər lenti
0