SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Yeni ideyalar, yeni nəfəs gözləyirik" – Azərbaycanda növbədənkənar parlament seçkiləri

Abunə olmaq
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir. Soyuq hava şəraitinə baxmayaraq, azərbaycanlılar fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Sputnik Azərbaycan-ın çəkiliş qrupu seçkiləri bir neçə məntəqədə müşahidə edib. Əhali ilin ən soyuq havasının məhz bu günə tuş gəlməsinə baxmayaraq fəal vətəndaş mövqeyi nümayiş etdirir. Seçicilərin dediklərinə görə, builki növbədənkənar parlament seçkilərindən əhalinin gözləntiləri olduqca böyükdür. Onlar aktiv parlament işi, millətin obyektiv təmsil edilməsini və gənc nəslin respublikamıza yeni nəfəs gətirməsini arzu edirlər.

Qeyd edək ki, saat 12-yə olan məlumata görə, artıq bir milyondan artıq azərbaycanlı öz seçki hüququndan istifadə edib. Seçkilərdə 1315 namizəd iştirak edir. Millətin yeni vəkillərinın adları axşam saat yeddidə bəlli olacaq.

Xəbər lenti
0