Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Qorxaq olsaydıq, burada qalmazdıq” – Ağdam sakininin xatirələri

Abunə olmaq
“Qanlı Yanvar”, “Qara Yanvar”, “Yanvar Faciəsi”... Təəssüf ki, ilin ilk ayı xalqımız üçün artıq 30 ildir faciə ildönümü kimi anılır. Üzərindən bu qədər vaxt ötməsinə baxmayaraq, bu gecə hər təfsilatı ilə hər kəsin yaddaşına həkk olunub. Əbədiyyətə qədər.

Ağdam rayonu Mirəşelli kənd sakini Həmzə Ağayev və ailəsi güllə səslərinə çoxdan öyrəşib, belə ki, onların evi cəbhə xəttinin yaxınlığında yerləşir. Atəşkəs rejiminə baxmayaraq, onun pozulması ailənin gündəlik həyatının bir hissəsinə çevrilib.

Yaradıcı ziyalılarımız 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşdülər  - Sputnik Azərbaycan
VİDEO
Ziyalılarımız 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşdülər

Ailə başçısı Həmzə Ağayev isə Sputnik Azərbaycan-a müsahibəsində 20 Yanvar gecəsini xatırlayıb. Onun ilk fikri, evdə yatan uşaqları qorumaq və güllələrin onları qorxuda biləcəyi olub.

Bütün atışmalara baxmayaraq, Həmzə kişi torpağını, evini, Vətənini qoyub getmək haqqında düşünmür belə.

“Qorxaq olsaydıq, burada qalmazdıq. Əvvəldən burada olmuşam, heç yerə getməmişəm, heç getməyəcəyəm də”, - deyə o bizimlə bölüşüb.

Onun xatirələrini isə videomuzda izləyin.

Xəbər lenti
0