Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

"Bütün formatlar yaxşıdır" – Rusiyalı mütəxəssislər Bakıda infoqrafika formatı haqqında

Abunə olmaq
Artıq səkkizinci dəfədir ki, SputnikPRO təlim proqramı Azərbaycana qayıdır. Hər dəfə media işçilərinin qarşılaşdığı müxtəlif məsələlərə toxunan proqramın budəfəki modullarından biri infoqrafika formatına həsr edilib.

SputnikPRO layihəsinin Bakıda növbəti modulu çərçivəsində "Rossiya seqodnya" BİA-nın İnfoqrafika studiyasının aparıcı redaktoru Mariya Potaşova və studiyanın aparıcı bədii illüstratoru Natalya Terexova azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşüblər.

Bu dəfə ustad dərsi “Yadda qalacaq infoqrafika: məhdud resurslar şəraitində layihələri necə etməli” mövzusuna həsr edilib.

“Televiziya hələ sağdır” – Tanınmış rusiyalı telejurnalistdən ustad dərsi necə keçdi  - Sputnik Azərbaycan
VİDEO
“Televiziya hələ sağdır” – Tanınmış rusiyalı telejurnalistdən ustad dərsi necə keçdi

Hər iki rusiyalı media menecer auditoriyadan razı qalıb və bu cür marağı gözləmədiklərini etiraf edib.

“Biz, təbii ki, bilirdik ki, bu xüsusilə kiçik redaksiyalar üçün olduqca aktual mövzudur. Amma bu dəfə auditoriya dərhal müzakirələrə qoşuldu. Yəqin ki, bəzən auditoriyanın daha kiçik, amma daha fəal olması yaxşıdır”, - deyə mütəxəssislər bizimlə bölüşüblər.

Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Xəbər lenti
0