Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Sputnik Azərbaycan cəbhə bölgəsində yaşayan uşaqları sevindirib – VİDEO

Abunə olmaq
Sputnik Azərbaycan redaksiyasının əməkdaşları bu il cəbhə bölgəsində yerləşən iki kəndə baş çəkib, oradakı uşaqları hədiyyələrlə sevindirib, qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Aksiyanın necə keçdiyini videomuzda izləyin.

Dekabr bütün ölkədə hədiyyələr və xeyirxah işlər ayı hesab edilir. Şəhərimizdə də ilin bu vaxtı müxtəlif xeyriyyə yarmarkaları və tədbirləri keçirilir ki, toplanan vəsaitlər çox vaxt xeyriyyə məqsədlərinə xərclənir.

Новогодняя благотворительная акция Sputnik Азербайджан - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sputnik Azərbaycan Yeni il aksiyasını uğurla başa çatdırıb

Sputnik Azərbaycan beynəlxalq xəbər və radio agentliyi də öz ənənəvi bayramqabağı xeyriyyə aksiyasını keçirib. Amma bu dəfə redaksiyanın əməkdaşları Ağdam rayonunun cəbhə xəttində yerləşən kəndlərə baş çəkiblər və buradakı uşaqları sevindiriblər.

Aksiya Ağdam rayonunun Bənövşəli və Kolqışlaq kəndlərində yaşayan müxtəlif yaşlı uşaqları əhatə edib. Redaksiya əməkdaşları Şaxta Babanın özü ilə evbəev gəzib uşaqlara şirniyyat, məktəb ləvazimatları, meyvə, oyuncaq və paltar kimi hədiyyələr bağışlayıblar.

Aksiyaya qoşulan "Aqrar tədaruk və təchizat" ASC uşaqlara meyvə sovqatı göndərib, “Azərpoçt” MMC, “Əli və Nino” mağazalar şəbəkəsi, 145 saylı məktəbin 1 “d” sinfinin və 1 saylı məktəbin 1 “b” sinfinin valideynləri isə uşaqlara məktəb ləvazimatları, oyuncaq və paltar hədiyyə ediblər. Aksiyada iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk.

Xəbər lenti
0