Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda bələdiyyə seçkiləri necə keçir – VİDEO

Abunə olmaq
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Sputnik Azərbaycan məntəqələrin birində seçki prosesinin necə keçdiyini müşahidə edib. Daha ətraflı videomuzda.

Bütün ölkədə bu səhər 8:00-dan etibarən başlayan seçkilər saat 19:00-da başa çatacaq. Gün ərzində səsvermənin gedişi və nəticələri barədə beş dəfə ilkin məlumat veriləcək.

Builki seçkilərdə 41 800 nəfərin namizədliyi qeydiyyatdan keçirilib. Səsvermədə iştirakı nəzərdə tutulan seçicilərin sayı 4 972 356 nəfərdir. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək.

Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib. Bələdiyyə üzvlərini ölkəmizdə 5 ildən bir seçirlər. Hazırkı seçki sayca 5-ci bələdiyyə seçkisidir.

Xəbər lenti
0