07:40 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Balakən rayonu İtitala kənd məktəbi balaca Avropanı xatırladır, çünki onun şagirdlərinin çoxu, hətta bəzi müəllimlər buraya velosipedlə gəlirlər. Onların hətta öz parkinq yerləri belə var. Daha ətraflı videomuzda izləyin.

Balakən rayonunun Aslan Balayev adına İtitala kənd tam orta məktəbi Azərbaycan üçün qeyri-adi  bir nəqliyyat modeli yaradıb. Belə ki, şagirdlər 5 ildən çoxdur dərsə velosipedlə gedib-gəlməyi gözəl bir ənənəyə çeviriblər.

Məktəb direktoru Məhəmməd Mustafayevin dediyinə görə, bu, tamamilə uşaqların öz təşəbbüsü olub.

“Bəzi uşaqlar yolları uzaq olduğundan velosipedlə gəlməyə başladılar. Daha sonra isə bu, ənənə halını aldı. Bu gün artıq 90 şagird velosipedlə gəlir. Bu həm onların sağlamlığına, həm də məktəbin davamiyyətinə müsbət təsir edir”, direktor fikirlərini bölüşüb.  

Məktəbin administrasiyası bu ideyanı canla-başla dəstəkləyib. Məktəbin həyətində hər sinif üçün ayrıca parkinq cərgəsi yaradılıb. Texniki problem olanda isə balacalar bir-birlərinə kömək edirlər.

Digər videolar

Əsas mövzular