Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Həmkarlar İttifaqı jurnalistlərin təqibi əleyhinə

Abunə olmaq
Bütün dünyada jurnalistlərin təqibi ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Müşfiq Ələsgərli bu problemin həll edilməsinin yolları haqqında danışıb. Daha ətraflı videomuzda.

90-cı illərdən bu günə qədər bütün dünyada təxminən 3000-ə yaxın jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilən mətbuat konfransında da məhz informasiya təhlükəsizliyi və jurnalistlərin şəxsi təhlükəsizliyi müzakirə edilib. Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkəmizdə bu məsələnin necə təşkil edildiyindən danışıb və əlavə olaraq seçilmiş yerli jurnalistlərə beynəlxalq mətbuat kartlarını (IPC) paylayıb. Qeyd olunub ki, bu kartlar bütün dünya üzrə jurnalistlərin işini olduqca rahatlaşdıran mexanizmlərdən biridir.

Xəbər lenti
0