Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Öncə insan olmaq: Haluk Levent azərbaycanlı qızı xilas etməyə çalışır - VİDEO

Abunə olmaq
Türkiyənin ən məşhur simalarından biri, Haluk Levent, Azərbaycanda xeyriyyə konserti verib. Onun məqsədi Türkiyə vətəndaşı olan azərbaycanlı qızı, Sura Nadirovanı xərçəngdən xilas etməkdir. Konsertin necə keçdiyini videomuzda izləyin.

Konsertdən bütün gəlirini xeyriyyəçilik məqsədinə xərcləyən sənətkarlar tapmaq olduqca çətindir. Ölkəsində ən məşhur müğənni sayılmasına baxmayaraq, səmimi və sadə insan qalmaq ondan da çətindir. Amma deyəsən, Haluk Leventin belə işlərlə heç bir problemi yoxdur. O, Bakı dinləyicilərinə unudulmaz bir konsert bəxş edib desək, yanılmarıq.

Bakıda “darmaDuman” bir konsert – bütün sözlər əzbərə...  - Sputnik Azərbaycan
VİDEO
Bakıda “darmaDuman” bir konsert – bütün sözlər əzbərə...

Konsertin məqsədi isə Türkiyə vətəndaşı olan və limfomadan əziyyət çəkən azərbaycanlı Sura Nadirovanı xilas etmək olub. Hər şey bir tvittdən başladı. O, sosial mediada əməliyyatlara görə lazım olan məbləği yığmaq üçün Bakıda xeyriyyə konserti keçirmək istədiyini yazıb. Azərbaycan tərəfi də biganə qalmayıb və “Nargis” fondu bütün təşkilatçılıq işlərini öz üzərinə götürüb.

Beləliklə də, ilin ən səmimi və enerjili konserti ərsəyə gəlib. Haluk bütün axşam boyu dinləyiciləri ilə ünsiyyət qurub, azərbaycanlı həmkarları ilə Azərbaycan xalq mahnılarını ifa edib və bu yaxınlarda xərçəngdən vəfat etmiş Neslican Taya mahnı həsr edib.

Günün ən yaddaqalan məqamı isə Halukun zala enməsi olub. Onun bunu nə üçün etdiyini isə videomuzda izləyin.

Xəbər lenti
0