17:05 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

“Bakutel” sərgisi artıq 25-ci dəfədir ki, öz qapılarını açır. Bu il yubileyini qeyd edən sərgi yeni formatda tərtib edilib. Belə yeniliklərdən biri də Bakı Ekspo mərkəzinin foyesində təşkil edilən Roboparkdır. Daha ətraflı videomuzda izləyin.

"Bakutel"in 25 illik yubiley sərgisi çərçivəsində Baku Ekspo mərkəzinin foyesi robot həvəskarlarının ürəyincə olub.

Məşhur robot Sofiya Bakıda ənənəvi Azərbaycan libasında çıxış etdi
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / L.Orucova

Belə ki, foye üç günlük robot parkına çevrilib və orada dünyanın ən yeni və son robot modelləri – Pepper humanoid robotu, robot balıqlar, rəssam və pianoçu robotlar, müxtəlif yarışlar və s. nümayiş etdirilib.

Sərginin qonaqları rəssam robota poza verərkən o, onların portretini çəkib. Robot pianoçu isə hər kəsi “Queen” qrupunun dünyaca məşhur “Bohemiya Rapsodiyası” mahnısı ilə feyziyab edib.

Qeyd edək ki, “Bakutel” sərgisi dekabrın 6-dək işinə davam edəcək. Sputnik Azərbaycan “Bakutel-2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin informasiya tərəfdaşıdır.

Digər videolar

Əsas mövzular