03:58 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Ötən axşam Bakı metrosunun sərnişinləri üçün qeyri-adi sürpriz təşkil edilib. Əsl peşəkarlar onlar üçün tanqo ifa ediblər. Qaynar latın rəqslərini videomuzda izləyin.

“United Cultures” Argentina səfirliyi ilə birgə Bakı sərnişinlərinin yorğun axşamına rəng qatmaq qərarına gəlib. Qaçaqaç və tıxac əvəzinə, onlar qaynar latın ritmlərindən həzz almaq imkanı əldə ediblər.

Tamaşaçıların əsl peşəkarlarla birgə rəqs etmək imkanı olsa da, bir çoxları utanaraq kənarda qalmağı və baş verənləri yalnız telefonlarına çəkməyi üstün tutublar.

Qeyd edək ki, bu çıxış Bakıda 29 noyabr - 1 dekabr tarixlərində keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində baş tutub.

Digər videolar

Əsas mövzular