Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Beynəlxalq triodan həzin caz axşamı

Abunə olmaq
Üç ölkənin sevilən cazmenləri bir araya gələrək Bakı Caz Festivalı çərçivəsində misilsiz həzin konsert veriblər. Daha ətraflı Sputnik Azərbaycanın videosunda izləyin

Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrının səhnəsində azərbaycanlı saksofonçu Rain Sultanov, isveçli kontrabasçı Nils Olmedal və türkiyəli pianoçu Can Çankaya birgə çıxış ediblər.

Bakının caz sevərləri həzin caz klassikasının dadını çıxarıblar, belə ki, Əməkdar artist Rain Sultanov konsert proqramını bütün dünya üzrə tanınmış caz musiqiçilərinə həsr edib.

Qeyd edək ki, festival oktyabrın 27-nə qədər davam edəcək. Sputnik Azərbaycan Bakı Caz Festivalının informasiya tərəfdaşıdır.

Xəbər lenti
0