05:53 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
© Sputnik / Şahpəri Abbasova / Leyla Orucova

Sputnik komandası sizi Azərbaycanın müxtəlif bölgələrinin ləzzətli, dadı damaqlarda qalan təamları ilə tanış etməyə davam edir. Bu dəfə də düyü halvasının reseptini sizə təqdim edirik.

Digər halvalardan fərqli olaraq düyü halvasının məsrəfi az olur, amma dadı hələ uzun müddət damaqlarda qalır. Zaqatala rayonunun Yengiyan kənd sakinləri Sədaqət Məmmədova və Qəndab Əlixanova unudulmaqda olan bu şirniyyatın hazırlanması üçün ərzaq reseptini və onun bişirilmə qaydasını bölüşüblər.

Lazım olan ərzaqlar:

Qəbələdən məşhur Həmzəlli qoz halvası – videoresept
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / İlham Əhmədov

1 kq düyü unu

1 stəkan yağ

1 stəkan şərbət

1 stəkan buğda unu

“Əvvəlcə düyü dingdə üyüdülür. Bizim kənddə yalnız bir neçə ailə bu aləti hələ də qoruyub saxlayır. Satışda olan düyü unundan hazırlananda, halva həmin dadı vermir. Daha sonra un ələnir və tavada qovrulur. Düyünü qovurmaq üçün mütləq başqasının yardımı lazımdı, çünki un tez yanır və tez-tez qarışdırılmalıdır”, - deyə Qəndab Əlixanova halvanın sirrini açıqlayıb.

Düyü tam qızarmamış onun üzərinə 1 stəkan buğda unu əlavə edilib qarışdırılır. Düyü qovrulduqdan sonra onun üzərinə əridilmiş kərə yağı və əvvəldən qaynadılmış sərin şərbət əlavə edilir. Düyünün qovrulduğunu onun ətrindən və unun saralmasından hiss etmək olar. Daha sonra 1 stəkan yağ və bir o qədər də şərbət əlavə edilir və 5-10 dəqiqə ərzində vam odda qarışdırılır və dərhal qaynar-qaynar buludlara salınaraq forma verilir.

Qəndab xanım qeyd edib ki, halvanın soyumasını gözləmək olmaz, belə olan halda onu buludlarda qəlibləmək mümkün olmayacaq. Daha sonra halva buludlarda doğranıb, soyudulur və süfrəyə verilir.

Nuş olsun!

Digər videolar

Əsas mövzular