Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Vladimir Putin İlham Əliyevlə görüşdü: "Perspektivlərimiz yaxşıdır" – VİDEO

Abunə olmaq
Azərbaycanın dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Prezidentlərin söhbətini videomuzda izləyin.

Azərbaycan və Rusiya prezidentlərinin görüşü Rusiyanın Soçi şəhərində keçirilən “Valday” beynəlxalq diskussiya klubunun 16-cı toplantısı çərçivəsində baş tutub. Dövlət başçıları iki ölkə arasında münasibətləri və perspektivləri müzakirə ediblər.

“Şəxsi görüşlərimizdə fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir və bu istiqamətdə perspektivlərimiz yaxşıdır”, - deyə Vladimir Putin vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə əmtəə mübadiləsinin get-gedə artdığını qeyd edib.

“Yalnız bu ilin avqust ayına qədər 20% artım müşahidə olub. Və təsdiqlədiyimiz yol xəritələri əlaqələrimizin və əməkdaşlığımızın daha da sıxlaşmasına gətirib çıxaracaq”, - deyə İlham Əliyev bildirib.

Xəbər lenti
0