21:58 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Nigar Quliyeva və Nigar Babayeva birlikdə 250-dən artıq iti xilas ediblər və onlara, sözün əsl mənasında, yeni yuva təklif ediblər. Onların yaratdığı it sığınacağı ilə videomuzda tanış olun.

İki rəfiqə, Nigar Quliyeva və Nigar Babayeva, artıq şəhərdə itlərə qarşı olan şiddətli davranışa göz yuma bilməyib, özləri bu problemin həllinə töhfə vermək qərarına gəliblər. Və sosial mediada boş-boşuna şikayətlənmək əvəzinə, Qobuda “Dog House” sığınacağını yaradıblar.

Hal-hazırda sığınacaqda 250-dən artıq it var. Onların yeməkləri, dərmanları, demək olar ki, hər şey rəfiqələrin öz hesabına başa gəlir.

“Amma bizim daha da artığını etmək üçün yardıma ehtiyacımız var. Daha çox volyer tikməliyik. Çox istərdik ki, insanlar bizim problemlərimizə göz yummasınlar”, - deyə rəfiqələr bizimlə bölüşüb.

Sığınacaqda yerləşən bütün itlərə peyvənd vurulub. “Dog House” bu ilin aprel ayından Abşeronun Qobu qəsəbəsində fəaliyyət göstərir.

Digər videolar

Əsas mövzular