Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır

Abunə olmaq
İçərişəhərdə qədim hamam kompleksi üzərində aparılan bərpa işləri bitmək üzrədir. İşlərin necə getdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin

17-ci əsrə aid unikal tarixi abidə üzərində restavrasiya işləri Avstriya şirkəti olan “Atelier Erich Pummer GmbH” tərəfindən aparılır. Əsas məqsəd tamamilə daş və torpaq altında qalmış otaqların və uçmuş gümbəzin bərpa edilməsi və zəifləmiş konstruksiyaların möhkəmləndirilməsidir.

Bakının əsas girişi – Qoşa Qala qapıları “xilas” edilir  - Sputnik Azərbaycan
VİDEO
Bakının əsas girişi – Qoşa Qala qapıları “xilas” edilir

Orta əsrlərə aid hamam kompleksi 2016-cı ildə aşkar edilib. Bərpa işlərinə rəhbərlik edən restavrator Erix Pummer qeyd edib ki, layihənin ilin sonunda bitməsi gözlənilir.

“Bu gün hamama daxil olanda onun 400 il öncəki görünüşü göz qabağına gəlir”, - deyə restavrator bizimlə bölüşüb.

Qeyd edək ki, “Atelier Erich Pummer GmbH” şirkətinin əsası 1982-ci ildə Erix Pummer tərəfindən qoyulub. Şirkət 2011-2013-cü illərdə Qız Qalasının bərpa işlərinə başçılıq edib. Ümumiyyətlə şirkət Avropada 500-ə yaxın tarixi binanın restavrasiyasını həyata keçirib.

Xəbər lenti
0